Tanış olun yeni modelimiz FA23! Sport dizayn və möhkəmliyi özündə birşləşdirən bu model həm də İP67 sukeçirməzlik sertifikatına sahibdir. Daha çox böyük uşaqlara və yeniyetmələr uyğun olan FA23 yeni bir funksiya ilə birlikdə gəlmirdir: daxildən nömrə yığmaq qabiliyyəti. Belə ki, övladınınz ona lazım olanda həm də öz istədiyi nömrələrə zəng edə biləcək. Daxilində yerləşdirilmiş WIFI modul sayəsində yerin müəyyən edilməsi daha dəqiq şəkildə edilir. Maraqlı dizayn və müasir interfeys yeniyetmələrə tamamilə uyğun olacacaqdır. Həmçinin bu model sensor ekrandır.

Əsas xüsusiyyətləri

* Real zamanda ikili geopozisiya: GPS + LBS. Açıq məkanda GPS-naviqasiya öz işini mükəmməl görür, 5 metr dəqiqliklə yeri bildirir. Lakin, uşaq heç bir GPS qurğunun düz işləmədiyi qapalı məkanda olanda (metro, məktəb, bina), LBS-lokasiya sistemi köməyimizə çatır. Sadə dil ilə desək, əgər GPS-saat GPS siqnalı itirərsə, o mobil şəbəkə “qüllələri” ilə səmtlənir, və obyekt xəritədə itmir. LBS servisinin əsas rolu peyk naviqasiyasının verilənlərini tamamlamaqdır.

*İkitərəfli mobil rabitə. Uşaqla zəngləşmək və “mesajlaşmaq” imkanı.

*Uşağın hərəkət tarixçəsi. Siz müəyyən olunmuş tarixdə uşağın harda və nə qədər olmasını görə bilərsiz.

*Audionəzarət. 

*Təhlükəsizlik zonası. Mobil əlavə vasitəsi ilə siz xəritədə yer məkan seçirsiz və radiusu müəyyən edirsiz. Uşaq bu məkanı tərk edərsə, siz dərhal bildiriş alacaqsız.

* SOS funksiyası. Uşaq xoşagəlməz hadisə ilə rastlaşarsa və ya təhlükə ilə üzləşərsə, o cəmi bir düyməni basaraq valideyinə zəng göndərir. 3 nömrə qeyd etmək olar. Əgər valideyn telefonu qaldırmırsa, zəng avtomatik olaqraq digər valideyinə, və ya  məslən, dayəyə yönləndirilir.

* Uşaq saatı qolundan çıxardıqda gələn bildiriş. Saatlar sensorla təchiz olunub. Uşaq saatı qolundan çıxardan kimi, sizə bildiriş gələcək.

*Şarj azalma bildirişi. Əgər saatın şarjı tükənmək üzrədirsə, siz bildiriş alacaqsız.

*Uzaqdan söndürmə. Uşaq saatı ehtiyyatsızlıqdan özü söndürə bilməyəcək. Saatı yalnız valideyin mobil əlavə vasitəsi ilə söndürə bilər.

*İcazə verilmiş nömrələr siyahısı. Valideyin uşağa zəng edə biləcək nömrələri özü müəyyən edir. Kənar şəxslər uşağı narahat edə bilməyəcək.

*”Narahat etmə” funksiyası. Valideyin mobil əlavə vasitəsi ilə uşağa manə olmamaq üçün müddət təyin edə bilər. Məsələn, uşağın dərs vaxtı.

*1.3 düymlük LCD sensor ekran ekran uşağın gözlərini yormadan məlumatı mükəmməl əks etdirir.

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

FA23

  • Model: FA23
  • Mövcudluq: Anbarda
  • 190.00₼