Wonlex GPS trekerli hərbi üslubda unikal Patriot saatını yaratmışdır. Səmərəli rəngi və etibarlı quruluşuna görə model çirkə davamlıdır, çox orijinal rənglərdədir, böyük tələbat doğurur.  

Əsas xüsusiyyətləri

* Real zamanda ikili geopozisiya: GPS + LBS. Açıq məkanda GPS-naviqasiya öz işini mükəmməl görür, 5 metr dəqiqliklə yeri bildirir. Lakin, uşaq heç bir GPS qurğunun düz işləmədiyi qapalı məkanda olanda (metro, məktəb, bina), LBS-lokasiya sistemi köməyimizə çatır. Sadə dil ilə desək, əgər GPS-saat GPS siqnalı itirərsə, o mobil şəbəkə “qüllələri” ilə səmtlənir və obyekt xəritədə itmir. LBS servisinin əsas rolu peyk naviqasiyasının verilənlərini tamamlamaqdır.

*İkitərəfli mobil rabitə. Uşaqla zəngləşmək və “məsajlaşmaq” imkanı.

*Uşağın hərəkət tarixçəsi. Siz müəyyən olunmuş tarixdə uşağın harda və nə qədər olmasını görə bilərsiz.

*Audionəzarət.

*Təhlükəsizlik zonası. Mobil əlvə vasitəsi ilə siz xəritədə yer məkan seçirsiz və radiusu müəyyən edirsiz. Uşaq bu məkanı tərk edərsə, siz dərhal bildiriş alacaqsız.

* SOS funksiyası. Uşaq xoşagəlməz hadisə ilə rastlaşarsa və ya təhlükə ilə üzləşərsə, o cəmi bir düyməni basaraq valideynə zəng göndərir. 3 nömrə qey etmək olar. Əgər valideyn telefonu qaldırmırsa, zəng avtomatik olaqraq digər valideyinə, və ya məslən, dayəyə yönlənir.

* Uşaq saatı qolundan çıxardıqda bildiriş. Saatlar sensorla təchiz olunub. Uşaq saatı qolundan çıxardan kimi, sizə bildiriş gələcək.

*Şarj azalma bildirişi. Əgər saatın şarjı tükənmək üzrədirsə, siz bildiriş alacaqsız.

*Uzaqdan söndürmə. Uşaq saatı ehtiyyatsızlıqdan özü söndürə bilməyəcək. Saatı yalnız valideyin mobil əlavə vasitəsi ilə söndürə bilər.

*İcazə verilmiş nömrələr siyahısı. Valideyin uşağa zəng edə biləcək nömrələri özü müəyyən edir. Kənar şəxslər uşağı narahat edə bilməyəcək.

*”Narahat etmə” funksiyası. Valideyin mobil əlavə vasitəsi ilə uşağa manə olmamaq üçün müddət təyin edə bilər. Məsələn, uşağın dərs vaxtı.

*0.9 düymlük OLED ekran uşağın gözlərini yormadan məlumatı mükəmməl əks etdirir.

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

Q50 Patriot

  • Model: Q50 Patriot
  • Mövcudluq: Anbarda
  • 95.00₼


Etiketlər: Patriot, Q50