İstifadəçi razılaşması
ISTIFADƏÇİ RAZILAŞMASI
Bakı şəh. 26 aprel 2017-ci il
1. Ümumi müddəalar.
1.1. Bu Istifadəçi Razılaşması (bundan sonra – Razılaşma) www.wonlex.az domenində yerləşən “Wonlex Azerbaijan” internet-mağazasına aiddir.
1.2. Bu Razılaşma www.wonlex.az Saytının Rəhbərliyi (bundan sonra Saytın Rəhbərliyi) və bu satyın İstifadəçisi arasında münasibətləri tənzimləyir.
1.3. Saytın Rəhbərliyi İstifadəçinini xəbərdar etmədən bu Razılaşmanın müddəalarını ləğv edə, dəyişdirə, əlavə edə bilər.
1.4. Saytla istifadəyə davam etməklə, İstifadəçi Razılaşmanı və Razılaşmaya edilən dəyişiklikləri qəbul edir.
1.5 Razılaşmada dəyişikliklərin olmasını yoxlamaq İstifadəçinin şəxsi məsuliyyətidir.
2. Terminlərin müəyyən edilməsi.
2.1. Sadalanan terminlər bu Razılaşmada aşağıdakı mənanı kəsb edir:
2.1.1. “Wonlex Azerbaijan” - www.wonlex.az domen adında yerləşən, fəaliyyətini internet-resursla və aidiyyəti servislərlə həyata keçirən İnternet-mağazadır.
2.1.2. İnternet-mağaza – özündə Mallar haqqında, Satıcı haqqında məlumatları əks etdirən, Malların seçiminə, sifarişinə və əldə olunmasına şərait yaradan saytdır.
2.1.3. İnternet-mağazanın Saytının Rəhbərliyi – “Wonlex Azerbaijan” adından çıxış edən və Saytın idarəolunmasına səlahiyyətli əməkdaşlardır.
2.1.4. İnternet-mağazanın Saytının istifadəçisi (bundan sonra – İstifadəçi) – Sayta İnternet şəbəkəsi vasitəsi ilə giriş imkanı olan və Saytdan istifadə edən şəxs.
2.1.5 İnternet-mağazanın Saytının məzmunu (bundan sonra – Məzmun) – Saytda yerləşdirilən ədəbi əsərlərin mətnlərini, onların adlarını, məqalələri, illyustrasiyaları, mətnli və ya mətnsiz musiqi və video məhsulları, qrafik, mətn, foto- və sairə əsərləri, istifadəçi interfeyslərini, vizual interfeyslərı, əmtəə nişanlarının adlarını, loqotipləri, dizaynı, strkturu, komputer proqramlarını, verilənlər bazasını, həmçinin, seçimi, xarici görkəmi, ümümi stili özündə birləşdirən əqli fəaliyyətin qorunan nəticələri və İnternet-mağazanın Saytında yerləşdirilən digər əqli mülkiyyət obyektləridir.
3. Razılaşmanın predmeti
3.1. Bu razılaşmanın predmetini İstifadəçiyə Saytda yerləşən Mallara və göstərilən xidmətlərə (servislərə) girişin verilməsi təşkil edir.
3.1.1. İnternet-mağaza İstifadəçiyə aşağıdakı servisləri (xidmətləri) təqdim edir:
* Ödənişsiz olaraq, endirmək (download) haqqı daxil Saytın elektron kontentinə giriş;
* İnternet-mağazanın axtarış vasitələrinə və naviqasiyasına giriş;
* İstifadəçiyə İnternet-mağazaya qiymət vermək, rəy bildirmək, ismarıclarını, şərhlərini yerləşdirmək haqqı;
* Mal haqqında məlumata və Malın alınması haqda məlumata giriş;
* İnternet-mağazada həyata keçirilən digər xidmətlər.
3.1.2. Bu Razılaşma İnternet-mağazada hal hazırda təqdbiq edilən, gələcəkdə təkmilləşəcək və əlavə ediləcək xidmətləri (servisləri) əhatə edir.
3.2. İnternet-mağazaya giriş və istifadə ödənişsiz həyata keçirilir.
3.3. Bu Razılaşma ictimai təklifdir. İstifadəçi Sayta daxil olarkən bu Razılaşmaya qatılmış hesab olunur.
3.4. Saytın materiallarından və servislərindən istifadə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
4. Tərəflərin hüquq və öhdəlikləri
4.1. Saytın Rəhbərliyinin hüquqları:
4.1.1. Saytdan istifadə qaydalarını və Saytın məzmununu dəyişmək. Dəyişikliklər Razılaşmanın yeni redaksiyasının Saytda dərc olunması anından qüvvətə minir.
4.1.2. İstifadəçi Razılaşmanın şərtlərini pozduqda, Sayta girişi məhdudlaşdırmaq.
4.2. İstifadəçinin hüquqları:
4.2.1. Qeydiyyat tələblərinə riayyət edərək, Saytdan istifadə etmək.
4.2.2. Saytda tədbiq edilən bütün xidmətlərdən istifadə etmək.
4.2.3. Saytın “Əlaqə” bölməsində göstərilən rekvizitlərlə İnternet-mağazanın xidmətlərinə aid suallar vermək.
4.2.4 Saytdan yalnız Razılaşmada göstərilən və Azərbaycan Respublikasının qanunveriliciyinə zidd olmayan məqsədlərlə və şərtlərlə istifadə etmək.
4.3. İstifadəçinin öhdəlikləri:
4.3.1. Saytın Rəhbərliyinin tələbinə əsasən Saytın xidmətlərinə bilavasitə aidiyyəti olan əlavə məlumatları təqdim etmək.
4.3.2. Saytdan istifadə edərkən, müəlliflərin və digər mülkiyyətçilərin əmlak və qeyri-əmlak hüquqlarını pozmamaq;
4.3.3. Saytın normal işləməsini pozan hərəkətlər etməmək;
4.3.4. Sayt vasitəsi ilə hüquqi və fiziki şəxslərə aid məxfi və Azərbaycan Respublikasının qanunveriliciyi ilə qorunan məlumatları yaymamaq;
4.3.5. Saytın Rəhbərliyinin icazəsi olmadan, Saytdan reklam xarakterli məlumatları yaymaq məqsədi ilə istifadə etmək;
4.3.6. Saytdan aşağıdakı məqsədlərlə istifadə etməmək:
* Sayta qanunsuz olan, üçüncü şəxslərin hüquqlarını pozan, zorakılığı, şiddəti, irqi, etnik, cinsi, dini, sosial əlamətlərə görə nifrəti və diskriminasiyanı təbliğ edən; həqiqətə uyğun olmayan, və/və ya konkret şəxslərə, təşkilatlara, hakimiyyət orqanlarına qarşı təhqir və məlumatları əks etdirən kontentin yükləməsi məqsdi ilə.
* Azərbaycan Respublikasının ərazisində qüvvədə olan məhdudiyyətlərin və qadağaların pozulmasına yönələn qanunsuz əməllərə təhrik etmək məqsədi ilə.
* Yetkinlik yaşına çatmayanlara zərər vermək və/və ya onların hüquqlarını pozmaq məqsədi ilə.
* Azlıqların hüquqlarını pozmaq məqsədi ilə.
* Səlahiyyəti və haqqı olmadan, özünü başqa şəxs kimi, təşkiltların nümayəndəsi kimi və ya bu Saytın əməkdaşı kimi təqdim etmək məqsədi ilə.
* İnternet-mağazanın kataloqundan hansısa Malın xüsusiyyətlərinə və keyfiyyətlərinə aid yalnış fikirlər yaratmaq məqsədi ilə.
* Malı qeyri korrekt müqayisə etmək, Maldan istifadə edən (etməyən) şəxsləri qınamaq, ittiham etmək, və həmçinin həmin şəxslərə qarşı mənfi münasibət yaratmaq məqsədi ilə.
4.4. İstifadəçiyə qadağan edilir:
4.4.1. İnternet-mağazanın Məzmunununa əldə etmək, surətini çixartmaq (copy-eng.) və ya izləmək məqsədi ilə hər hansı proqramlardan, prosedurlardan, alqoritmlərdən, avtomatik qurğulardan və ya ekvivalent əl proseslərindən istifadə etmək;
4.4.2. Saytın düzgün fəaliyyətini pozmaq;
4.4.3. Sayt tərəfindən bilərək təqdim olunmayan məlumatları, sənədləri, materialları əldə etmək məqsədi vəya niyyəti ilə Saytın naviqasiya strukturundan hər hansı bir vasitə ilə yan keçmək (pass-eng.);
4.4.4. Saytın fəaliyyətinə, sisteminə, şəbəkəsinə və Saytda təqdim edilən servislərə qanunsuz olaraq girmək, müdaxilə etmək;
4.4.5. Saytın və ya Sayta aid şəbəkənin təhlükəsizlik vəya autentifikasiya sistemini pozmaq;
4.4.6. Hər hansı digər İstifadəçiyə aid hər hansı məlumatı axtarmaq, izləmək.
4.4.7. Saytı və onun məzmununu Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan hər hansı bir məqsədlərlə istifadə etmək, həmçinin hər hansi qanunsuz fəaliyyətə və İnternet-mağazanın və ya digər şəxslərin hüquqlarını pozan digər fəaliyyətə sövq etmək.
5. İnternet-Mağazanın Saytından istifadə
5.1. Saytın Rəhbərliyi Saytın və Məzmunun sahibi və idarəedicisidir.
5.2. Saytın Məzmunu Saytın Rəhbərliyinin yazılı icazəsi olmadan kopyalana, dərc edilə, ötürülə, yayımlana, hər hansı üsul ilə yayıla və ya “İnternet” qlobal şəbəkəsində yerləşdirilə bilməz.
5.3. Saytın Məzmunu müəlliflik hüququ ilə, əmtəə nişanı haqda qanunvericiliklə, əqli mülkiyyətə aid digər qanunveriliciliklərlə və haqqsız rəqabət haqqında qanunvericiliklə müdafiə olunur.
5.4. Saytda yerləşdirilən Malın əldə etmək üçün İstifadəçiyə qeydiyyatdan keçərək hesab yaratmaq tələbi irəli sürülə bilər.
5.5. İstifadəçi şifrə daxil olmaqla hesabın bütün məlumatlarının və həmçinin İstifadəçinin adından aparılan hər hansı fəaliyyətin məxfiliyinin qorunmasına görə məsuliyyət daşıyır.
5.6. Hesabdan və ya şifrədən qanunsuz istifadə və ya təhlükəsizlik sisteminin pozulması haqda İstifadəçi dərhal Saytın Rəhbərliyinə xəbər verməlidir.
5.7. İstifadəçi hesabından 3 təqvim ayı müddətində istifadə olunmadıqda, Saytın Rəhbərliyi İstifadəçiyə xəbər vermədən hesabı bir tərəfli qaydada sıfırlaya bilər.
5.8. Bu Razılaşmanın təsiri Saytda təqdim olunan Malların əldə olunmasına və xidmətlərin göstərilməsinə aid bütün əlavə qaydaları və şərtlərı əhatə edir.
5.9. Saytda təqdim olunan məlumatlar bu Razılaşmanın dəyişdirilməsi kimi təfsir edilə bilməz.
5.10. Saytın Rəhbərliyi istənilən an, İstifadəçini xəbərdar etmədən, Saytda təqdim olunan Malların və/və ya xidmətlərin çesidlərinə və/və ya qiymətlərinə dəyişikliklər edə bilər.
5.11. Bu Razılaşmanın 5.11.1 - 5.11.2 bəndlərində göstərilən sənədlər İstifadəçinin Saytdan istifadəsini müvafiq sahədə tənzimləyir. Bu Razılaşmaya aşağıdakı sənədlər daxildir:
5.11.1. Məxfilik Siyasəti;
5.11.2 Distans üsul ilə Malların Alqı-satqı müqaviləsi;
5.12. bəndində sadalanan hər bir sənəd dəyişilməyə məruz qala bilər. Dəyişikliklər, onların Saytda dərc olunduğu andan qüvvəyə minir.
6. Məsuliyyət
6.1. İstifadəçi tərəfindən bu Razılaşmanın müddəalarının qəsdən və ya ehtiyyatsızlıqdan pozulması nəticəsində, həmçinin digər İstifadəçinin məlumatlarına qanunsuz girişi nəticəsində, İstifadəçiyə dəyən zərəri Saytın Rəhbərliyi qarşılamır.
6.2. Saytın Rəhbərliyi aşağıdakı hallarda məsuliyyət daşımır:
6.2.1. Qarşısıalınmaz qüvvənin təsiri nəticəsində və həmçinin telekommunikasiya, kompüter, elektrik və digər sistemlərdə hər hansı qəza, problemli hallar nəticəsində əməliyyatlarda baş verən ləngimə və nasazlıq;
6.2.2. Köçürmə sistemlərinin, bankın, ödəmə sistemlərinin fəaliyyəti nəticəsində yaranan gecikmələr;
6.2.3. İstifadəçinin Saytdan istifadə üçün lazımi texniki vasitələrinin olmaması nəticəsində Saytın normal işləməsinə və həmçinin İstifadəçini bu vasitələrlə təmin etməsinə hər hansı bir öhdəlik daşımır.
6.3. Saytda sərgilənilən Wonlex markalı GPS saatlar, ağıllı saatlar, və s. məhsulların istifadə sahəsi – xüsusi qayğıya və mühafizəyə ehtiyyacları olan, fiziki və/və ya mənəvi bağlarımız olan varlıqlarımızla (uşaqlarımız, yaşlı valideyinlərimiz, ev heyvanlarımız və s.) ünsiyyəti, əlaqəni asanlaşdırmaq, qayğını artırmaqdır. Malların istifadəsi heç bir halda üçüncü şəxslərin şəxsi həyat hüquqlarını, şəxsi məlumatların məxfiliyini və s. haqlarını pozmamalıdır. Təyinata zidd istifadə nəticəsində dəymiş ziyana və pozulmuş hüquqlara görə Saytın Rəhbərliyi məsuliyyət daşımır.
7. Razılaşmanın şərtlərinin pozulması
7.1. Saytla qanunsuz istifadəyə dair araşdırma və ya şikayət olduqda, və Saytın və digər İstifadəçilərin hüquqlarının pozan İstifadəçinin şəxsiyyətinin müəyyənləşdirmək məqsədi ilə, Saytın Rəhbərliyi həmin İstifadəçi haqqında yığılmış hər hansı bir məlumatı aça bilər.
7.2. Saytın Rəhbərliyi qüvvədə olan qanunvericiliyin və ya məhkəmə qərarlarının icrası ilə əlaqədar, bu Razılaşmanın şərtlərinin təmin etməklə əlaqədar, Wonlex Azerbaijan-ın, İstifadəçilərin hüquqlarının müdafiəsi və təhlükəsizliyi ilə əlaqədar, İstifadəçi haqda lazım bildiyi hər hansı məlumatı aça bilər.
7.3. Azərbaycan Respublikasının qanunvericiliyi bunu tələb edirsə və ya buna icazə verirsə, Saytın Rəhbərliyi İstifadəçi haqqında məlumatı açıqlaya bilər.
7.4. İstifadəçi bu Razılaşmanı pozduqda, Saytın fəaliyyəti texniki nasazlıqlar və ya digər problemlər nəticəsində dayandıqda, Saytın Rəhbərliyi İstifadəçinin xəbərdar etmədən onun Sayta girişini saxlaya və/və ya bloklaya bilər.
7.5. İstifadəçi tərəfindən bu Razılaşmanı pozması səbəbindən onun Sayta girişi dayandırıldığına görə Saytın Rəhbərliyi İstifadəçi və üçüncü şəxslər qarşısında məsuliyyət daşımır.
8. Mübahisələrin həlli.
8.1. Tərəflər arasında istənilən mübahisələrin yarandığı halda məhkəməyə müraciət etməzdən əvvəl iradın (mübahisənin könüllü şəkildə razılaşma yolu ilə həll edilməsi haqqında yazılı təklif) irəli sürülməsi mütləqdir.
8.2. İradı alan tərəf 30 təqvim günü ərzində ərizəçiyə iradın baxılmasının nəticələrinə dair yazılı şəkildə məlumat verir.
8.3. Könüllü şəkildə mübahisənin aradan qaldırılması mümkün olmadığı hallarda Tərəflərdən hər biri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.
9. Əlavə şərtlər.
9.1. Saytın Rəhbərliyi İstifadəçinin bu Razılaşmanın dəyişdirilməsinə dair təkliflərini qəbul etmir.
9.2. Saytda İstifadəçi tərəfindən yerləşdirilən rəylər məxfi məlumat hesab edilmir və Saytın Rəhbərliyi tərəfindən məhdudiyyətsiz istifadə edilə bilər.