Zəmanət qaydaları

“WONLEX AZERBAIJAN” ZƏMANƏT QAYDALARI

Hörmətli Müştəri! Wonlex Azerbaijan bizdə alınan bütün Mallara 6 ay müdətinə zəmanət verir. Biz mallarımızın keyfiyyətinə əminik. Yaranan hər bir xöşagəlməz halda, biz yanınızdayıq, və əlimizdən gələni edəcəyik ki, Sizin etibarınızı itirməyək. Mallarımızın xarab olma ehtimalı minimal olsada, Sizin maldan düzgün istifadəniz onun uzunömürlüyünə birbaşa təsir edir.

Xahiş edirik, zəmanət talonunun Satıcı tərəfindən düzgün doldurulmasını (satış tarixi, imza və möhürün mövcudluğu, seriya nömrəsinin və İMEİ kodun düzgünlüyünü və zəmanət müddətini) yoxlayın.

Malın isttifadə qaydaları texniki göstəriciləri ilə diqqətlə tanış olun (sim-kartın tipiniə dair tələblər, sukeçirmə göstəriciləri və s.)

  1. Zəmanət şərtləri
    1. Satıcının hesabına malda yaranan qüsurların aradan qaldırılması yalnız zəmanət talonunda göstərilən müddət ərzində həyata keçirilir;
    2. Zəmanət xidmətinə sıradan çıxmış malın pulsuz müayinəsi və təmiri daxildir;
    3. Zəmanət öhdəliyinə batareya və şarj kabeli daxil deyil;
    4. Barəsində zəmanət iddiası ilə çıxış edilən malın seriya nömrəsi zəmanət talonunda göstərilən seriya nömrəsi ilə eyni olmalıdır;
    5. Zəmanət öhdəliyi aşağıdakılar hallarda həyata keçirilmir:
  • Malda təmir izləri və ya mexaniki, elektrik, termik tipli zərərli təsir izləri olduqda;
  • Malın orijinal qaynaqlarının, birləşmələrinin, plomblarının, markirovkalarının zədələnməsi və ya malın seriya nömrəsinin oxuna bilinməməsi hallarında;
  • Malın istifadə qaydaları pozulduqda;
  • Zəmanət etiketlərinin, stikerlərinin zədələnməsi, yenidən yapışdırlması halları olduqda;
  • İldırım, yanğın, digər bədbəxt hadisə nəticəsində yaranan nasazlıqlarda;
  • Malın istifadə mühitinin yüksək rütubəti ilə əlaqədar yaranan nasazlıqlarda;
  • Malın içinə daxil olan maddələr, mayelər, həşaratlar nəticəsində əmələ gələn nasazlıqlarda;
  • Qeyri standart şarj kabellərindən və enerji mənbələrindən istifadə nəticəsində yaranan nasazlıqlarda;
  • Elektrik gərginliyinin oynaması nəticəsində yaranan nasazlıqlarda;
  • Üçüncü şəxslərin təqsiri və qarşısıalınmaz qüvvələrin təsiri nəticəsində yaranan nasazlıqlarda;
  • Zəmanət talonunda düzəlişlər, dəyişikliklər olduqda.

  1. Məsuliyyətin məhdudlaşdırılması
    1. Satıcı heç bir halda malın istifadəsi və ya istifadənin mümkünsüzlüyü nəticəsində yaranan ziyana (maliyyə itkisi, işgüzar fəaliyyətin ləngiməsi, məlumatların silinməsi və s. itkilər) görə məsuliyyət daşımır.
    2. Malın keyfiyyətinə və işləməsinə olan tələblər İstehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərdən artıq ola bilməz.
    3. Malın təmiri, qüsurların aradan qaldırılması maksimum 30 günədək həyata keçirilir.

  1. Zəmanət talonu
    1. Zəmanət talonu Alıcıya alqı-satqı Müqaviləsi ilə birlikdə təqdim olunur və Müqavilənin bağlanma tarixinə yazılır.
    2. Zəmanət talonu təqdim edilmədiyi halda, zəmanət öhdəliklərinin yerinə yetrilməsi üçün Alıcı malın alınmasını və zəmanətli olmasını sübut edən digər dəlillər göstərməlidir. Satıcı malın həqiqətən Wonlex Azerbaijan-da əldə edilməsini müəyyən etmək üçün Alıcıya köməklik göstərə bilər.
    3. Malın alınması sübutlarının olmaması zəmanət xidmətindən çıxmasına əsasdır.
    4. Zəmanət talonu itirilərsə, Alıcı mala zəmanətin mövcudluğu haqda operatora zəng edərək, və ya  [email protected] ünvanına sorğu göndərərək məlumat ala bilər.

  1. Malın zəmanət xidmətinə qəbulu
    1. Satıcı Malı zəmənət xidmətinə qəbul edərkən Alıcı tərəfindən göstərilən nasazlığa dair yoxlama aparır. Satıcı Malı təmirə qəbul etdikdə, zəmanət talonun üzərində  qeydlər aparır.
    2. Malı qəbul edərkən və təmir prosesində Satıcı Malda Zəmanət Qaydalarının 1.5 maddəsində göstərilən hallar nəticəsində yaranmış nasazlıqlar aşkar edərsə, Mal Alıcıya yazılı məlumat verilməklə zəmanətdən çıxarılır və/və ya, Alıcı ilə razılaşdırılmaqla, ödənişli təmirə qəbul edilir.

  1. Təmirdən sonra Malın Alıcıya qaytarılması
    1. Zəmanət xidmətinə müraciətin nəticəsi olaraq (üstünlüyü azalma qaydası ilə)
  • Təmir edilmiş mal işlərin görülməsi aktı ilə birlikdə Alıcıya təqdim edilir;
  • Zəmanətli mal təmirə yarasız olduqda Alıcı yeni analoji mal ilə təmin edilir;
  • Təmirə yararsız Malı analoji yeni Mal ilə əvəz etmək mümkün olmadıqda, Alıcıya Malın pulu geri qaytarılır;
    1. Zəmanət öhdəliyini istisna edən hallar olduqda (1.5 maddəsi) Alıcıya ödənişli təmir təklif olunur. Ödənişli təmirdən imtina etdikdə, Mal Alıcıya olduğu kimi qaytarılır. Bu halda Satıcı Alıcıya, səbəbini bildirməklə, zəmanət xidmətini göstərməkdən imtina haqqda yazılı cavab verir.
    2. Malın təmirə qəbul günündən 6 ay ərzində Alıcı tərəfindən sorğu olmadıqda, Mal utilizə olunur.

  1. Alıcının və Satıcının zəmanət öhdəlikləri və hüquqları
    1. Alıcının ödənişli təmirdən imtina etmək haqqı var.
    2. Zəmanətli Mal təmirə yarasız olduqda Alıcının Malı analoji yenisi ilə dəyişdirməyi tələb etmək haqqı var.
    3. Təmirə yararsız Malı analoji yeni Mal ilə əvəz etmək mümkün olmadıqda, Alıcının Malın pulunu geri qaytarmağı tələb etmək haqqı var.
    4. Təmirdə olan Malın zəmanət müddəti təmirdə dayanma müddəti qədər uzadılır.
    5. Təmirdə qalma müddəti 30 günü keçərsə, Alıcı Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununda nəzərdə tutulmuş kompensasiyalardan faydalana bilər.