İstifadəçi kitabçası
WONLEX
GPS-saatlara dair İSTİFADƏÇİ KİTABÇASI
Q50 modelinin bazasında
Məzmunu:
Giriş.
1. GPS-saatla tanışlıq.
1.1. GPS-saat nədir?
1.2. GPS-saat nəyi bacarır? Əsas funksiyaları
2. İstifadədən öncə:
2.1. IMEI qeydiyyatı.
2.2. Sim-kartın taxılması.
2.3. APN təyin edilməsi.
3. GPS-saatdan istifadə:
3.1. Saatın interfeysi
3.2. SeTracker mobil əlavəsi.
4. Problemlər və suallar.
Giriş
WONLEX-dən GPS- uşaq saatı almağınız münasibətilə Sizi təbrik edirik! Şadıq ki, övladınızla bağlı stress və həyəcanları azalda bilirik. Xahiş edirik, bu kitabçanı diqqətlə oxuyun. Kitabça Q50 modelinin bazasında hazırlanmışdır, lakin digər modellərin ayarlanmasında da istifadə oluna bilər. Təlimatları düzgün yerinə yetirdikdən sonra yaranmış hər hansı çətinliklər üzrə “Ayarlamada problemlər” mövzusu ilə [email protected] ünvanına müraciət edə bilərsiniz. Məktubunuzda GPS-saatın İD nömrəsini göstərin və problemi izah edin. Əks əlaqə üçün öz telefon nömrənizi yazın. Mütəxəssislərimiz problemlə tanış olub, bir iş günü ərzində sizinlə əlaqə yaradıb problemi aradan qaldıracaqlar.
Xəbərdarlıq! GPS-saat sizin qayğınıza və müdafiənizə ehtiyacı olanlarla (uşaqlar, qoca valideynlər, ev heyvanları) əlaqəni asanlaşdırmaq üçün bir vasitədir. GPS-saatdan başqa məqsədlər üçün istifadə edib, üçüncü şəxslərin şəxsi həyatın toxunulmazlığı hüquqlarının pozulması qanunla cəzalandırılır.
1. GPS-saatla tanışlıq
1.1. GPS-saat nədir?
GPS-saat – zamanımızın maraqlı ixtirasıdır, özündə dörd məhsulun funksiyasını birləşdirir:
* Telefon funksiyası. GPS-saata sim-kart taxılır və adi telefon kimi istifadə edilir. Saata zəng etmək və digər telefonlardan zəngləri qəbul etmək mümkündür.
* Treker funksiyası. Treker peyk ilə obyektlərə nəzarət üçün məlumatların ötürülməsi-qəbulu qurğusudur, obyektin dəqiq yerini təyin etmək üçün GPS-dən istifadə edir. Digər sözlə, GPS-saat sizin övladınızın yerini və hərəkət çevrəsini nəzarətdə saxlayan bir cihazdır.
* Saat və zəngli saat funksiyası. GPS-saat adi saat kimi, vaxtı göstərir və zəngli saat kimi işləyir.
* Dəbdə olan aksessuar. GPS-saat müxtəlif rəngdə və modellərdədir, hər yaşda uşaqlar üçün nəzərdə tutulmuşdur.
GPS-saatın qol kəmərləri, gövdəsi və bütün materiallar aşağı allergenli silikondan hazırlanmışdır. Bu material uşaq əmziklərinin və oyuncaqların istehsalında istifadə edilir və uşaqlar üçün tam təhlükəsizdir. Təhlükəsizlik müvafiq sertifikatlarla təsdiq olunur.
1.2. GPS-saat nəyi bacarır? Əsas funksiyaları
* Real zamanda ikiqat geolokasiya: GPS + LBS (bəzi modellərdə üçqat geolokasiya +Wi-Fi səmtlənmə). GPS-naviqasiya açıq məkanda öz vəzifəsinin öhdəsindən əla gəlir, 5 metrə qədər dəqiqliklə yeri göstərir. Qapalı yerlərdə istənilən GPS nöqsanlı işlədiyinə görə LBS-lokasiya köməyə gəlir. Yəni, GPS-saat GPS-siqnalı itirərkən, saat mobil əlaqə qüllələri və Wi-Fi siqnalları ilə xəritədə subyekti izləməyə davam edir. LBS xidmətinin əsas rolu budur – peyk naviqasiyasının məlumatlarını tamamlamaq.
* İkitərəfli telefon əlaqəsi və səsli çat. Uşaqla zəngləşmək və bir-birinə səsli mesajlar göndərmək olar.
* Uşağın hərəkət tarixçəsi. Əlavə vasitəsilə istədiyiniz tarixdə uşağın nə vaxt harda olduğunu bilmək olar. Tarixçə telefonda 1 ay saxlanır.
* Audio nəzarət. Smartfondakı əlavə vasitəsilə saata komanda göndərmək olar. Saat özü sizə zəng edəcək və siz uşağın ətrafında baş verənləri eşidəcəksiniz. Uşağın bundan xəbəri olmayacaqdır.
* Təhlükəsizlik zonası. Əlavə vasitəsilə bir nöqtə seçib onun ətrafındakı radiusu metrlə təyin edirsiniz. Uşaq həmin çevrədən kənara çıxan kimi sizə məlumat gələcəkdir.
* SOS funksiyası. Uşaq təhlükəli vəziyyə düşəndə, bir düyməni basmaqla valideyninə xəbər göndərir. Bu hal üçün 3 nömrə yazmaq olar, nömrələrdən biri cavab verməsə, saat avtomatik şəkildə başqa nömrəyə (valideynə, dayəyə) zəng edir.
* Qoldan çıxarma bildirişi. Saatda sensor var, saat qoldan çıxarılan kimi, valideynə məlumat verilir.
* Şarj azalma bildirişi. Saatın şarjı tükənmək üzrə olduqda, valideyinə bildiriş göndərilir.
* Uzaqdan söndürmə. Uşaq özü təsadüfən saatı söndürə bilməz. Yalnız valideyn öz smartfonundan saatı söndürə bilər.
* İcazə verilmiş nömrələrin siyahısı. Əlavə vasitəsi ilə valideyn əvvəlcədən kimin uşağa zəng edə biləcəyini təyin edir. Kənar şəxslər uşağa zəng edə bilməzlər.
* “Narahat etməyin” rejimi. Valideyn öz smartfonundan uşağa mane olmamaq vaxtını təyin edir, məsələn, dərsdə .
* 0,9-düymlü OLED-displey uşağın gözlərinə ziyan vurmadan məlumatı əla ötürür.
2. İstifadədən öncə.
Qutuda olan USB-kabeli ilə saatın batareyasını şarj edin.
2.1. IMEI qeydiyyatı
İstənilən mobil əlaqə cihazı kimi Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, GPS-saat da İMEİ qeydiyyatdan keçməlidir, əks halda rabitə sabit olmayacaq və bir aydan sonra yox olacaqdır. Bunun üçün www.imei.az saytına daxil olun, “imei qeydiyyat” keçidinə keçin. “Mobil cihazın IMEI nömrəsi” qrafasında saatın arxa qapağında göstərilmiş IMEI kodu qeydiyyatdan keçirin. Təlimatlara sona qədər riayyət edin və bank kartı ilə ödəməni yerinə yetirin.
2.2. Sim-kartın taxılması
2.2.1. İstənilən operatordan Micro-sim kart alın.
2.2.2. Əmin olun ki, sim-kart operatora qoşulmuşdur. Bunun üçün sim-kartı telefona taxın, əlaqəni və 2G interneti yoxlayın. Ayda 200 MB-lik tarif planı yetərlidir. Sim-kartın balansını danışıq konturları ilə də təmin edin.
2.2.3. PİN-kod sorğusunu söndürün. Bunun üçün telefonun menyusu → ayarlar → təhlükəsizlik → ekranın bloklanması → sim-kartın bloklanmasına daxil olun və quş işarəsini qoyun. Telefonun modelindən və ya markasından asılı olaraq, bu mərhələlər fərqlənə bilər, amma məntiq eynidir.
2.2.4. Qutunun içində vintaçan var. Sim-kartın taxılmasından əvvəl saat söndürülməlidir. Vintaçanla saatın arxa qapağını açın, batareyanı ehtiyatla çıxarın və sim-kartı öz yerinə yerləşdirin. Şəkillərdə verilmiş təlimatı yerinə yetirin.
2.2.5 Saatı işə salın. Sim-kart taxıldı. Keçirik APN-in ayarlanmasına.
2.3. APN-in təyin edilməsi.
Telefonunuzdan saatdakı nömrəyə (+994 ilə) operatorunuza uyğun olaraq SMS göndərin :
Azercell üçün: pw,123456,apn,internet.azercell.com,azercell,azercell#
Bakcell üçün: pw,123456,apn,internet.bakcell.com,bakcell,bakcell#
Nar üçün: pw,123456,apn,internet.nar.com,nar,nar#
Cavab sms-ni gözləyin.
Bütün komandalar işarələr arasında məsafəsiz yazılır. Nöqtə, vergüllərin yerinə diqqətli olun.
Hər şeyi doğru yerinə yetirmisinizsə, ekranda şəbəkə işarəsi və iki “⇅” ox (bəzi modellərdə E hərfi) görünəcəkdir ki, bu da internetə qoşulmanı bildirir.
3. GPS-saatdan istifadə.
Beləliklə, siz bu çoxfunksiyalı məhsulu aldınız, İMEİ qeydiyyatdan keçdiniz, şarj etdiniz, sim-kartı taxdınız, APN ayarladınız. Bəs sonra?
Təsəvvür edin ki, televizor almısınız. Cərəyana qoşdunuz, lakin televizorun imkanlarında tam yaralanmaq üçün televizorun özünü (düymələri, audio-video yuvalarını, müxtəlif splotları), və televizorun pultunu (taymer, kanalların quraşdırılması, multidil və s.) öyrənmək lazımdır.
GPS-saatdan istifadəni də iki ayrı prosesə ayırmaq olar: bilavasitə GPS-saatdan istifadə və saatın “pultu” rolunu oynayan SeTracker proqramından istifadə.
Hər iki prosesi ayrılıqda araşdıraq.
3.1. Saatın interfeysi
Saatın interfeysi mürəkkəb deyil. Uşaq onu çox tez öyrənir.
Şəkildə hər düymənin funksiyasını görürük. Q50 modelində 4 düymə və yükləmə üçün 1 USB-yuva var.
Bəzi düymələr bir neçə funksiyanı yerinə yetirir. Məsələn, yandırıb/söndürmə düyməsini uzun müddət basıb saxlamaqla uşaq səsli mesaj yaza bilər, düyməni buraxanda səsli məsaj valideynə göndəriləcəkdir. 2 düyməsi telefon kitaçasını açır, onu uzun müddət basıb saxlamaqla valideynə zəng etmək, və ya danışıq zamanı səsi azaltmaq olar.
3.2. SeTracker mobil əlavəsi.
Smartfona SeTracker əlavəsi yüklənməlidir. O, tamamilə havayıdır. Android üçün SeTracker proqramını Google Play –dən, iOS üçün Apple Store- dan yükləyə bilərsiniz. Əlavə yüklənəndən sonra qeydiyyatdan keçməlisiniz. “Yeni kayıt” üzərinə basmaqla sizə belə pəncərə açılacaq:
“Ruhsat” sahəsinə saatın arxa qapağındakı İD-nömrəni yazın, və ya ştrix-kod skanerindən istifadə edin (əlavənin İD sahəsindən sağ tərəfdəki şəkil)
“Hesap” sahəsinə sizə rahat istifadəçi adı yazın. Onu unutmayın!
“Rumuz” sahəsinə uşağın adını yazın.
“SOS tel” sahəsinə saatda istifadə edilən sim-kartın telefon nömrəsini yazın.
“Parola” sahəsinə şifrə yazın.
Şifrəni təsdiq edin.
Dili seçin. Türk dilindən başqa rus və ingilis dilləri də var.
“Asiya və Okeaniya” regionunu qeyd edin.
“Tamam” düymısinə basaraq qeydiyyatı tamamlayın. Qeydiyyat zamanı göstərdiyiniz loginlə şifrdən istifadə edərək, əlavənin əsas pencərəsinə daxil olursuz.
Əsas pəncərə 2 hissədən ibarətdir: “kimlik”, - burda siz saatın məlumatlarını və şigrəni dəyişə bilərsiniz, və “anasayfa”, - bu əlavənin əsas hissəsidir, bura vasitəsi ilə saatla işləyəcəyik. Buranı daha detallı öyrənək.
Ayarlara daxil olub hər bəndlə tanış olaq.
SOS/Acil durum numaraları. Bura 3 nömrəyədək (valideyn, dayə, nənə) yazmaq olar. SOS düyməsini basıb saxlayanda avtomatik şəkildə bu nömrələrə ardıcıl olaraq zəng edilir.
Takip numarası. Bura siz öz telefon nömrəniz yazılır, hansına ki saatdan geri zəng gələcək. Nömrəni yazıb OK düyməsini basan kimi, saat komanda alır və uşağın xəbəri olmadan sizə zəng gəlir. Zəngə cavab verib, uşağın ətrafında nələr baş verdiyini öyrənəcəksiniz.
Takip aralığı. Zaman intervalı nə qədər azdırsa, gerçək zamanda xəritədə təyinetmələr daha dəqiq olur, lakin batareya daha çox sərf edilir.
Toplantı modu. Burda üç müxtəlif zaman mərhələsi vermək olar, bu zaman daxil olan zəng və siqnallar avtomatik şəkildə cavablandırılmayacaqdır. Bu funksiya uşağın diqqətini, məsələn, dərsdə yayındırmamaq üçündür.
Hızlı mesaj ayarları. Bu qrafada batareyanın şarjının tükünmək üzərə olduğu haqqında məlumat, saat uşağın qolundan çıxarılan zaman və ya təhlükəsiz sahədən çıxan zaman bilidirişlərin hansı nömrəyə gömdərilməsi bildirilir. Nömrəni yazın və tələb olunan bildirişi aktiv edin.
Saat rehberi. Uşağın zəng edə biləcəyi 10 nömrəyədək yazıla bilər. Saatdan telefon kitabçasına giriş 2 düyməsi ilə baş tutur.
Güvənli lste. Bura uşağa zəng etmək icazəsi olan nömrələr yazılır. Siyahıda olmayan nömrələrdən uşağa zəng daxil olmur.
Dil və saat ayarları. Uşağa rahat olan dili seçin. Bu dil saatın interfeysinin dili olacaqdır. Azərbaycan üçün saat qurşağı: GMT+4:00.
Saat çıkdı. Siz burda ötürücünü aktiv ve ya de-aktiv edə bilərsiniz.
Uzaktan kapatma. Uşaq özü saatı söndürə bilməz. Saatı yalnız əlavənin bu opsiya ilə söndürmək olar.
Ayarları aydınlaşdırdıq. Yenidən ev ekranına, menyu hissəsinə qayıdaq. Bəndlərlə tanış olaq:
Dahili mesajlaşma – “Kayda başla” düyməsini basılı saxlayaraq, saata səsli mesaj göndərmək, və ya uşağın saatdan sizə göndərdiyi səsli mesaji dinləmək olar. Uşaq SOS düyməsini qısa basaraq, sizin səsli mesaji dinləyə bilər.
Harita – burda xəritə açılır və siz uşağın yerini görürsünüz. Əgər işarə (ikona) qırmızıdırsa, deməli, uşağın yeri GPS ilə, işarə göy rəngdə olarsa, - LBS (mobil rabitə qülləsi) ilə təyin edilir.
Ayak izi – burda verilmiş zaman həddində uşağın hərəkət tarixçəsini görmək olar.
Elektronik çit – uşağın təhlükəsiz yerləşdiyi zona. Xəritədə sancaqla yeri qeyd edib 200-2000 metrlik radius verin. Uşaq bu radiusdan çıxan an valideynə sms ilə bildiriş göndərilir.
Mesaj. Saatdan göndərilmiş mesajların tarixi.
Sağlık. Bu hissədə uşağın çəkisi, addımlar arası məsafəni vermək olar. Əlavə uşağın addımlarının sayı, sərf etdiyi kalorilər və s. haqqında hesabat hazırlayacaq.
Alarm. Üç fərqli vaxta saatı qurmaq olar və saat həmin vaxtda siqnal verəcəkdir.
Ödüller. Valideyn uşağa mükafat kimi ürəklər göndərə bilər. Bu uşağa xoş olur.
Saat. Uşaq saatın yerini bilmirsə, bu komanda ilə saat səs edir və yeri bilinir.
4. Problemlər və suallar.
4.1. Problem: Saatın yerini müəyyən etmək istədikdə, əlavə “Ağ hatası” göstərir. Nə etməli?
Həll: Bir neçə səbəb ola bilər.
* Sim-akartın balansında danışıq və internet balansı müsbət olmalıdır.
* SeTracker saatı tapa bilməsi üçün saatdakı sim-kart 2G olmalıdır. 3G/4G yox! Sim-akrtı taxdıqdan sonra əmin olun ki ekranda şəbəkə və internetin işarəsi “E” var. Əgər bunlar varsaç deməli problem APN ayarlarndadır.
*APN ayarları düzgün verilməyib. “2.3. APN-in təyin edilməsi” bəndində təlimatları düzgün yerinə yetirin.
* Saatın serveri ilə SeTracker əlavənin serverləri uyğun gəlmir. Ən çox rast gələn səbəb bu olur. Bu hərəkətləri yerinə yetirin: Əlavədə Asiya və Okeaniya regionunu seçin. Server ünvanını məcburi qaydada dəyişin. Bunun üçün saata bu komandanı göndərin- pw,ŞİFRƏ,ip,54.169.10.136,8001#. Cavab sms-ni gözləyin. Sonra saata bu komandanı göndərin- pw,ŞİFRƏ,reset# və saatın restart olmasını gözləyin.
4.2. Problem: SeTracker-də qeydiyyatdan keçərkən, 10 rəqəmli İD kodu yazdıqda, qəbul etmir.
Həll: Saata smslə bu komandanı göndərin: pw,SİFRƏ,tt# .Cavab olaraq aldığınız 15 rəqəmli kod ilə yenidən cəhd edin.
4.3. Problem: Saatdakı SOS funksiyası işləmir.
Həll: SOS nömrələri operatorun kodu ilə, lakin beynəlxalq kodsuz qeyd olunmalıdır. Məsələn, 055XXXXXXX.
4.4. Problem: Audio nəzarət üçün nömrəmi yazdım, lakin saatdam cavab zəngi almadım.
Həll: Audio nəzarət nömrəsi operatorun kodu ilə, lakin beynəlxalq kodsuz qeyd olunmalıdır. Məsələn, 070XXXXXXX.
4.5. Sual: Sms komandalarla saatı nizamlamaq üçün şifrə nədir?
Cavab: 123456
4.6. Sual: Niyə Əlavədə saatın yeri hərdən bir rənglə göstərilir?
Cavab: Markerin rəngi saatın hansı vasitə ilə səmtlənməsindən asılıdır. Qırmızı – GPS ilə, (peyklər ilə, bu açıq məkanlarda saatın yerinin ən dəqiq müəyyənləşdirmə vasitəsidir). Yaşıl – Wi-Fi ilə (saatın yaxınlığında Wi-Fi varsa). Göy – LBS ilə (qapalı məkanlarda, mobil qüllələr ilə, ən qeyri-dəqiq vasitə).
4.7. Sual: Əgər Wi-Fi şəbəkə şifrələnibsə, saat necə o şəbəkəyə daxil olur?
Cavab: Saat adi qaydada Wi-Fi şəbəkəsinə daxil olmur. Saat sadəcə Wi-Fi ilə səmtlənir, daxil olmadan.
4.8. Sual: Niyə əlavədə saatın yeri bəzi vaxtlar 0.5-1 km məsafəyədək səhf göstərir?
Cavab: Bu qeyri dəqiqlik onunla bağlı ola bilər ki, saat qapalı yerlərdə GPS siqnallarını ala bilmir və LBS siqnallarla səmtlənir. LBS səmtlənməni ayarlarda söndürün. Saat çalışacaq GPS siqnal tutsun. Rabitə tam istə, LBS-i yenə yandırın.