FAQ

Burada istifadəçilərimizin çox verilən suallarını toplamışıq.

Ümmumi suallar

Saatın işə salınması üçün saata mikro-sim kart əldə etməlisiz və telefonunuza SeТracker əlavəsi yükləməlisiz. Sonra qaceti əlavədə qeydiyyata alıb bütün funksiyalardan istifadə edə bilərsiniz. Daha ətraflı məlumat üçün İstifadəçi qaydaları ilə tanış olun.

Saat üçün əlavə SeТracker adlanır. Onu ödənişsiz olaraq AppStoreGooglePlay-dən yükləmək olar.

Saatın işləməsi üçün micro-sim formatlı kart lazımdır. Sim-kart zənglər və telefonun əlavəsinə məlumatın ötürülməsi üçündür. Sim-kart GPRS internetə qoşulmalıdır, çünki uşağın harda olması haqqında bütün məlumatlar internetlə ötürülür. Həmçinin səsli mesajlar üçün də internet lazımdır.

Belə hallar üçün saatda "yerdəyişmələrin tarixçəsi" funksiyası nəzərdə tutulmuşdur. Bu funksiya ilə  siz uşağın olduğu son yerə marşrutlarına baxa bilərsiniz. Saatın şarjın bitməsi səbəbindəndən sönməsinin qarşısını almaq üçün, saatda müvafiq xəbər vermə funksiyası vardır.

Bəli, əlavədə belə imkan vardır. Bunun üçün yalnız bir saatı qeydiyyatdan keçirirsiniz, qalan saatlar isə qeydiyyatsız olaraq, mövcud akkaunta əlavə edilir. Hansı saata nəzarət etmək lazım olduğunu özünüz seçirsiniz.​​​​​​​

Övladımızın sağlamlığı və təhlükəsizliyi

Saatın istehsalında uşaq oyuncaqları, süd şüşələri və əmziklər üçün yararlı olan təhlükəsiz, anti-allergen materiallar və boyalardan istifadə edilir. Serifikatlar bölməsində məhsullarımızın tam təhlükəsizlik dəllilləri ilə tanış ola bilərsiz.

Saat adi telefonlardan daha təhlükəsizdir. Qurğu GPS-qəbuledicidən və mobil rabitə modulundan ibarətdir. Qəbuledici özü-özündən siqnal ötürmür, yalnız siqnalı qəbul edir. Mobil rabitə modulu isə həm qəbuledəici, həmdə ötürücüdür. Saat-telefon cibə qoyulmur, qola taxılır. Telefon danışığı uşağın başından uzaqda baş verir, onu qulağa sıxmaq lazım gəlmir. Beləliklə, saat sürətli internetlə daim əlaqəli olan smartfondan daha təhlükəsizdir.

Mobil əlavəyə qeydiyyat zamanı şifrə daxil edirsiz. Bu şifrə uşağın təhlükəsizliyinı təmin edir. Yalnız şifrəni və logini bilənlər uşağı izləyə bilər. Şifrəni kənar şəxslərə bildirməyin.
Əlavə vasitəsilə saata zəng edə biləcək şəxslərin siyahısı tərtib edilir. Kimin telefon nömrəsi siyahıda yoxdursa, saata zəng edə bilməz.

Məhsulun texniki xüsusiyyətləri haqda

Saat bütün yerli operatorları dəstəkləyir. Siz Nar, Bakcell və ya Azercell  operatorlarını seçə bilərsiniz. Adətən, ailənin daha çox istifadə etdiyi operator seçilir. 
Hər operatorun internet və danışıq dəqiqələrindən ibarət öz paketi vardır. Aylıq ortalama 100 Mb internet saatın tam funksional işləməsinə kifayyət edir. Danışıq dəqiqələrinin sayı isə, isə Sizin övladınıza zənglərinin sayından, və monitorinq rejimində övladınızı dinləmənizdən asılıdır.
Tam yüklənmiş batareya 1 sutkadan 5 sutkaya qədər işləyir. Orta hesabla, yüklənmə iki sutkaya çatır. İşləmə müddəti verilənlərin yenilənmə tezliyindən asılıdır. Nə qədər çox zənglər və uzun söhbətlər edilirsə, bir o qədər də tez-tez saat informasiya göndərir, peyklər axtarış edir – bir o qədər də tez batareyanın enerjisi tükənir.
Uşağınız zəngləri qəbul etməklə yanaşı, həmdə valideynlərinə, dostlarına özü zəng edə bilər, bir şərtlə ki, zəng edəcək nömrələr valideyn tərəfindən mobil əlavə vasitəsi ilə icazə verilən nömrələr siyahısına salınsın. Saata 10 (bəzi modellərdə 15) telefon nömrəsini yazmaq olar.Telefon danışığı səs dinamikləri ilə həyata keçir.

Zəmanət

Wonlex orijinal məhsullarının hamısının qutularının üzərində təhlükəsizlik lenti var. Bu lentin altında QR code yerləşir. Malı alarkən Siz şəxsən müdafiə lentini silərək və kodu skan edərək malın orijinal olduğunu yoxlaya bilərsiz.
Bütün avadanlıqlarımıza bir illik zəmanət verilik. Zəmanətə istehsalçının təqsirindən baş verən bütün hallarə əhatə edir. Xahiş edirik, Zəmanət qaydalarımızla tanış olun.