Uşaqlar üçün GPS-saatdan istifadə çətin olmayacaq

Uşaqlar üçün GPS-saatdan istifadə çətin olmayacaq

Dərc edib: Wonlex Dərc olunub: 25/04/2017 Oxunub: 3175 Şərhlər: 1

Uşaqlar daim böyükləri yamsılayırlar.  Həmişə belə olmuşdur və belə olacaqdır. Kiçik yaşlarından uşaqlar rollu oyunlar  (ailə, xəstəxana, mağaza, nəqliyyat)  oynayırlar. Lakin texnologiya əsri uşaqların oyunlarına və məişət istəklərinə öz əlavələrini gətirməkdədir. Artıq balacalar da müasir elektron qurğulara (qacetlərə) böyük maraq göstərirlər. 

Məsələn, əvvəllər qol saatından vaxtı düzgün təyin edə bilən yeniyetmələr istifadə edirdilər. Qol saatı yaxşı hədiyyə sayılırdı. İndi isə qol saatını körpənin qolunda da görə bilirik.  

Qol saatıından istifadə edən balaca oğlan və qızların zövqü tərbiyə edilir, onlar əşyalara qayğılı yanaşmağı öyrənirlər. Moda və üslub, rahatlıq və səmərə balaca insanın həyatında böyük rol oynamaqdadır. 

Son illər bazarda gözəl modelli və müxtəlif rəngli GPS saatlar peyda olmuşdur. 

Balaca uşaqlar bu saatdan necə istifadə edə bilərlər? Onlar zəng edə bilərlərmi? 

Uşaq yazıb oxumağı bilməsə də, Wonlex  saatı ilə o, rahat Sizin mobil telefonunuza zəng edəcəkdir. Telefon nömrəsini yığmaq lazım deyil, sadəcə 1-2 saniyə ərzində 1 və ya 2 düyməsini (“ana” və “ata”) basmaq kifayətdir ki, saat özü valideynin telefonuna zəng etsin.  

Zəng avtomatik  edilir və uşaq səsli əlaqə ilə Sizinlə danışır. 

Uşaq təsadüfi şəkildə saatın heç bir funksiyasını söndürə bilməz. 

Saat-telefon daim işləyir. Uşaq özü onu söndürə bilməz. 

Uşaq saatı qolundan cıxararsa, həmən an saata quraşdırılmış ötürücü valideynin telefonuna siqnal göndərir. 

Bu cihaza istənilən telefon aparatlarından zəng etmək olar – həm ev telefonundan, həm də mobil telefondan. 

Nəvələrə zəng etmək üçün nənə və babalara isə xüsusi əlavəni yükləmək LAZIM GƏLMİR. 

Bu cihaz smartfondan fərqli olaraq, SAĞLAM HƏYAT TƏRZİNİ dəstəkləyir, onun şüalanması minimuma endirilmişdir. Telefon düşüb qırıla bilər, itə bilər, uşağın çantasında olduqda, onun səsi eşidilməyə bilər. Saat isə həmişə uşağın qolundadır. Uşaqlar telefonla oynamağı sevirlər, lakin saatda OYUN yoxdur, deməli, uşaq nə saatlarla oyun oynayacaq, nə də gözlərini yoracaq. Bunun əvəzində o, dostlarıyla hərəkətli oyunlar oynaya biləcəkdir, axı qola taxılmış saat uşağa mane olmur.

Şərhlər

Şərh yaz