GPS-saatdan mənə və övladıma nə fayda olacaq?

GPS-saatdan mənə və övladıma nə fayda olacaq?

Dərc edib: Wonlex Dərc olunub: 28/04/2017 Oxunub: 3167 Şərhlər: 0

GPS-saat necə işləyir 

GPS-li Wonlex uşaq saatından səmərəli istifadə etmək üçün onun iş prinsipini bilmək lazımdır. Bu cihazın imkanlarını daha yaxşı anlamaq üçün saatın iş prinsipini araşdıraq. 

Wonlex  GPS cihazların iş prinsipini şərti olaraq, iki əsas məqama bölmək olar – uşaq üçün funksiyalar, böyüklər üçün funksiyalar. 

Saata sim-kart taxılır. Valideynin telefonuna rahat və sadə istifadə olunan ödənişsiz xüsusi əlavə yüklənir.  Sim karta bahalı olmayan tarif, danışma konturları və internet MB (100-200 MB kifayətdir) yüklədikdən sonra Siz istənilən an uşağın harda olduğunu izləyə biləcəksiniz. 

Valideyn kimi siz bunları əldə edirsiniz:

Uşağın getdiyi marşrut üzrə hesabatlar telefonda 1 ay müddətində saxlanır. GPS-funksiyaya əsasən valideyn istənilən an uşağın harda olduğunu bilir (istər qapalı yerdə, istər açıq yerdə). 

Təhlükəsizlik. Saatın xeyli maraqlı funksiyaları vardır. Təhlükə zamanı SOS-çağırışı var – düyməni basanda siqnal kəsilməz rejimdə gedir. İndi valideyn uşağın harda olduğunu hər an bilir. 

Uşaqla həm zənglə, həm səsli mesajlarla əlaqə saxlamaq olur. 

Daha bir maraqlı funksiya: bu saata göndərilən xüsusi komanda ilə saat Sizə avtomatik zəng edir və zəngə cavab verərkən, Siz uşağın xəbəri olmadan ətrafda nə baş verdiyini bilirsiniz. Bununla münaqişəli vəziyyətləri aradan qaldırmaq asanlaşır. İstənilən an siz uşağın müəllimlə, dayə ilə, dostlarıyla söhbətini eşidə bilərsiniz. 

Uşaqla kəsilməz əlaqə. Telefondan fərqli olaraq, saatı hardasa unudub qoymaq mümkün deyil, çünki o, həmişə qola taxılmış vəziyyətdədir. Valideynin zəngini eşitməmək mümkün deyil.

Valideyn uşağın başqaları ilə əlaqəsini məhdudlaşdıra bilər, kimin saata zəng etməsinə icazəni valideyn özü qərarlaşdırır. 

Saat daim işləyir. Uşaq özü onu söndürə bilməz, saatı yalnız valideyn öz smartfonu ilə idarə edir. Saat qoldan çıxarılarsa, həmən an valideynə xəbərdarlıq göndərilir, həmçinin saata elektrik yüklənmə tələb olunarsa, bu haqda da xəbərdarlıq valideynin telefonuna gəlir. 

Təhlükəsizlik. Uşağın hərəkət marşrutunu valideyndən başqa kimsə izləyə bilməz.  GPS-saat - səmərəli tərbiyə alətidir, uşağı məsuliyyətli və dəqiq olmağı öyrədir.

Uşağın əldə edəcəkləri:

Saat uşağa məsuliyyətlilik aşılamaqla onun özünü böyük kimi hiss etməsinə  imkan yaradır. 

Hər hansı bir gözlənilməz hadisədə uşaq arxayındır ki, istənilən an valideyni ilə əlaqə saxlaya biləcəkdir (məsələn, ticarət mərkəzində valideyni itirəndə və ya digər hallarda). 

Saat yaraşıqlı və rahat aksessuardır. Zəng etmək imkanı da onun lazımlı funksiyalarından biridir. 

Saat vasitəsilə uşağa dəqiq olmaq aşılanır və o, öz vaxtını düzgün planlamağı öyrənir. 

Şərhlər

Şərh yaz